Putin İrəvana “desant” çıxartdı: “Mariott” otelində QAPALI TOPLANTI - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Putin İrəvana “desant” çıxartdı: “Mariott” otelində QAPALI TOPLANTI - FOTOLAR

Putin Rusiyadakı ermənilərindən ibarət “desant qüvvələri” İrəvana çıxarır.

Publika.az
xəbər verir ki, bu günlərdə İrəvandakı “Mariott” otelində Rusiya sənaye və ticarət nazirinin birinci müavini Qleb Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə rus və erməni sahibkarlarının birgə toplantısı keçirilib.

Ermənistan mediasının məlumatına görə, toplantı rəsmi xarakter daşısa da yarıqapalı olması ilə diqqət çəkib.

Ən diqqətçəkən məqam isə toplantıda Rusiya nümayəndəsinin tərkibində Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın da iştirak etməsidir. Abramyan Rusiyada ən varlı ermənilərdən biridir və Kremlə yaxın şəxsdir. Misal üçün, ötən il onun ad günü mərasiminə Kremlin sözçüsü Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov başda olmaqla yüksəkvəzifəli məmurlar qatılmışdı.

Abramyan Rusiyada həmçinin, ötən ilin oktyabrında Avrasiya əməkdaşlığı üzrə beynəlxalq komissiyanın sədri təyin olunub. O, İrəvanda oteldəki toplantıya da məhz bu statusla qatılıb.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Abramyan Rusiya emissarı olduğunu gizlətmir: “O, keçmiş acı təcrübədən çıxış edərək, Ermənistan siyasətinə birbaşa müdaxilə etmək istəmir, əvəzində Rusiya “desantı” kimi çıxış edir. Ümid edir ki, Kreml Ermənistanı “kurasiya” etməyi ona tapşıracaq”.

S.Artsruninin fikrincə, İrəvandakı oteldə keçirilən toplantının pərdəarxasında Putinin Ermənistanla bağlı yeni planları dayanır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm