Nida Xəbər
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür etdi
Mətbuat Şurası "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Mətbuat Şurasından Publika.az-a daxil olan məktubda deyilir:
"Söz və ifadə azadlığının dərinləşməsinə xüsusi önəm verməyiniz Azərbaycanın media ictimaiyyəti tərəfindən hər zaman dərin rəğbət hissi ilə qarşılanmaqdadır. Jurnalistlərimiz tam qətiyyətlə Sizi demokratik prinsip və dəyərlərin təminatçısı və qoruyucusu kimi görürlər. Onlar "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsinin timsalında bunun bir daha şahidi oldular. Belə yanaşmanıza, o cümlədən Mətbuat Şurasının Mehman Əliyev ilə bağlı müraciətinə həssas münasibətinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Ölkəmizdə media sahəsində əldə olunmuş dinamik inkişaf jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələrinə imkan verir. Sizin iradənizin nəticəsidir ki, diffamasiya ilə bağlı moratorium qeydə alınıb. Bu mövqeyiniz jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs təhlükəsi ilə üzləşməyəcəklərinə dair ali təminatdır. Belə bir mühitin formalaşması isə şübhəsiz media təmsilçilərinin yaradıcılıqlarına müsbət təsir göstərir. Hazırda Azərbaycan jurnalistikası dünyanın nəinki ölkəmizlə, bütövlükdə Qafqaz regionu ilə bağlı başlıca informasiya mənbəyidir.
Siz çıxışlarınızda kütləvi informasiya vasitələrinin cəmiyyətdəki missiyasını, dövlət idarəçiliyində effektivliyin və səmərəliliyin artırılmasındakı rolunu yüksək qiymətləndirmiş, mövcud istiqamətdə prinsipial baxışınızı ifadə etmisiniz. Söz və ifadə azadlığının demokratiyanın ali dəyəri, vətəndaş cəmiyyəti quruculuğunun mühüm şərti olduğunu bildirmiş, tam sübuta yetirmisiniz ki, Azərbaycanda bu ideyanın təcrübədə tətbiqi imkanları xeyli genişdir. Bu baxımdan kütləvi informasiya vasitələrimizin hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək həyata keçirdiyiniz tədbirlərin hər birini vurğulamaq mümkündür. Mövcud dəst-xəttiniz yalnız jurnalistikaya dəyər deyil, həmçinin Vətənə sədaqət, vətəndaşa qayğı ruhundan qaynaqlanan humanizm nümunəsidir. Mehman Əliyevlə bağlı məsələyə həssas münasibətiniz də dövlət idarəçiliyindəki humanizm prinsipinin növbəti təzahürüdür.
Möhtərəm cənab Prezident, Sizə bir daha "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olunmasına həssas yanaşdığınıza görə ölkəmizin media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildirir, Azərbaycanın daha da inkişafına yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq".
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO