Nida Xəbər
“Prezident” hotelində Kremlin adamları ilə Qarabağ MÜZAKİRƏSİ: 5 rayon qaytarılsın, yoxsa... - FOTOLAR
Bu gün Moskvada “Prezident” hotelində Azərbaycan və
Rusiya siyasətçilərinin iştirakı ilə “Moskva-Bakı oxu: Qafqazın
yeni geosiyasəti” adlı konfrans keçirilib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki,
konfransda “İzborski” klubun sədri, yazıçı Aleksandr Proxanov,
Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi
tanınan Aleksandr Duqin, Azərbaycan parlamentinin deputatı Əli
Hüseynli, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov,
Azərbaycan rus icmasının başçısı, Milli Məclisin deputatı Mixail
Zabelin, Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov,
Bakı Musiqi Akademiyasının rektoru Fırhad Bədəlbəyli, Rusiya
prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov,
eləcə də Rusiya və Azərbaycandan olan digər deputatlar, aparıcı
ekspertlər, siyasətçilər, ictimai xadimlər, jurnalistlər və
Rusiyada Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Konfransda “Bu gün Azərbaycanın yeni obrazı” və “Moskva-Bakı oxu:
strateji əməkdaşlıq” adlı iki sessiya baş tutub. Konfransın əsas
mövzusu Rusiya və Azərbaycanın strateji əməkdaşlığı, Avrasiya
əməkdaşlığı və Qafqazın yeni geosiyasəti olub. Həmçinin, Dağlıq
Qarabağ münaqişəsi də müzakirə edilib.
Gennadi Züqanov Qafqazda Azərbaycanın əhəmiyyətindən danışıb.
“Mən Heydər Əliyevi şəxsən tanıyırdım. Onun igidliyi Azərbaycanı
xilas etdi. O, həmçinin, rus icması ilə görüşdə “Sizin
təhlükəsizliyinin zamini şəxsəm mən olacam” deyirdi. Bu gün
Azərbaycanda rus dili xüsusi qorunur və bu işdə roluna görə biz
Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkür edirik”,
- deyə o, vurğulayıb.
Yazıçı Aleksandr Proxanov Azərbaycanın regionda öz harmoniyasını
qoruduğunu deyib və ölkəmizin tolerantlığından bəhs edib.
“Mən Azərbaycan ulduzunu hiss etdim. Azərbaycan ədalətli, firavan,
güclü gələcək qurur. Bu, rusların xəyalı ilə oxşardır. Biz ruslar
azərbaycanlılar kimi ədalətli gələcək arzu edirik”, - deyə o
bildirib.
Aleksandr Duqin Dağlıq Qarabağ münaqişəsindən və ikitərəfli
münasibətlərdən danışıb: “Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi
oxunun möhkəmlənməsinə mane olur. Rusiya bu münaqişədə sülh yaradan
tərəf kimi çıxış edir, lakin hazırkı status-kvo nə bizi, nə də
tərəfləri təmin edir. Ermənistan Qarabağa nəzarət edir, lakin
Rusiya Azərbaycanı ərazi bütövlüyünü tanıyır. Güc variantı bu
münaqişədə həll yolu deyil. Lakin biz buna yaxınlaşdıq. Azərbaycan
güclənir və regionda güc balansı dəyişir. Bəli, Ermənistan
Rusiyanın dostudur, tərəfdaşıdır, lakin Rusiya Azərbaycanı da dost
və tərəfdaş kimi qəbul edir. İki ölkə arasında hərbi və digər
sahələrdə yaxınlaşma gedir. Amma bizim Azərbaycanla dostluğumuz
Ermənistana qarşı deyil. Əksinə, Rusiya ikitərəfli münasibətlərə
əsaslanır. Qarabağ münaqişənin həllində irəli hərəkət etmək üçün
Ermənistan işğal olunmuş 5 rayonu sözsüz Azərbaycana
qaytarmalıdır”.
Duqin əlavə edib ki, İlham Əliyevin siyasəti əhəmiyyətli meyvələr
verdi: “Əgər əvvəllər Rusiya-Azərbaycan münasibətləri sərin idisə,
indi biz strateji tərəfdaşıq”.
Sergey Markov müasir Azərbaycanın uğurlu inkişafından danışıb.
“Rusiyalıların müasir Azərbaycanı tanıması üçün Rusiyada
informasiya “şlüzləri” açılmalıdır. Azərbaycan unikal ölkədir və bu
gün belə ölkələr azdır”, - deyə o bildirib.
Politoloq həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllinin
vacibliyindən, işğal edilmiş rayonların qaytarılmasından
danışıb.
Fərhad Bədəlbəyli “rus mədəniyyəti “İskəndər”lərdən daha
əhəmiyyətlidir” deyərək, Rusiyanı bu haqda düşünməyə çağırıb.
Mixael Zabilin isə Azərbaycan diasporu üçün ağrılı olan Ümumrusiya
Azərbaycan Konqresinin bağlanması məsələni qaldırıb və rusiyalı
həmkarlarının diqqətini bu məsələyə yönəldib.
Asif
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir