Türkiyə səfiri Ərdoğanın Bakı səfəri və hərbi əməkdaşlıqdan danışdı
Bizi izləyin

Nida Xəbər

Türkiyə səfiri Ərdoğanın Bakı səfəri və hərbi əməkdaşlıqdan danışdı

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahioyyətli səfiri Erkan Özoral Türkiyə və Azərbaycanın birgə təlimlərindən, həmçinin, prezident Rəcəb Tayyip Ərdoğanın Bakıya planlaşdırılan səfərindən danışıb.

Publika.az
xəbər verir ki, səfir hərbi əməkdaşlığın artırılmasının vacib olduğunu qeyd edib: “Hərbi əməkdaşlığın gücləndirilməsi üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri daha da yaxınlaşmalı, işbirliyi artırılmalı və birgə təlimlərin keçirilməsi intensivləşməlidir. İnşallah, hərbi əməkdaşlıq daha da güclü səviyyədə inkişaf edəcəkdir”.

E.Özoral Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərinin dəqiq informasiya olduğunu vurğulayıb.

“Tarixi hələlik dəqiq deyil, amma mütləq olacaq”, - deyə səfir bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm