Bakının azad olunmasının 99-cu ildönümündə Türk Şəhidliyi ziyarət olundu - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Bakının azad olunmasının 99-cu ildönümündə Türk Şəhidliyi ziyarət olundu - FOTOLAR

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları 1918-ci il 15 sentyabr tarixində Bakının türk ordusu tərəfindən azad olunmasının 99-cu ildönümü münasibətilə Bakı Türk Şəhidliyini ziyarət edib.

Publika.az
xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib ki, Bakının qurtuluşu tarixi Azərbaycanın, ümumlikdə isə türk dünyasının tarixində önəmli hadisədir: “Osmanlı dövləti o zaman ən yaxşı ordusunu Azərbaycana göndərmişdi. Onlar böyük qəhrəmanlıq göstərdi, nəticədə Azərbaycanın müstəqilliyi təmin edildi. Daha doğrusu, bu müstəqillik bugünkü sərhədlər içində quruldu, halbuki, Azərbaycan daha geniş sərhədlər daxilində müstəqil ola bilərdi. Bizlər bundan sonra gələcəyə daha da ümidli baxmalıyıq”.

E.Özoral qeyd edib ki, bu gün Azərbaycanın hər güşəsində türk əsgərinin məzarı ilə qarşılaşmaq mümkündür.

“Türkiyə xaricində ən çox şəhid məzarlarımız Azərbaycandadır. Bu, çox önəmli məsələdir. Türk şəhidlərinin məzarlarının bu günə qədər gəlib çıxmasında azərbaycanlı qardaşlarımızın da rolu böyükdür. Azərbaycanlı qardaşlarımız Sovetlər dövründə bu məzarları qohumlarının məzarı olaraq qoruyub saxlayıblar. Biz həqiqətən də bir dövlət iki millətik və bu heç zaman dəyişməyəcək”, - deyə səfir vurğulayıb.

E.Özoral əlavə edib ki, bu gün Dağlıq Qarabağ problemi Türkiyənin da ən böyük problemidir: “Biz bu münaqişənin ədalətli həlli üçün əlimizdən gələni edirik”.

Türk şəhidlərinin xatirəsi yad edilib, abidə önünə gül dəstələri düzülüb. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib.

Mərasimdə Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin nümayəndələri, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, o cümlədən, ictimaiyyət nümayəndələri də iştirak edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm