Nida Xəbər
Zakir Həsənov düşmənlə üzbəüz hərbi hissələrdə - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub.
Publika.az xəbər verir ki, dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənova mövcud vəziyyət barədə məruzə edilib. Dövlət sərhədinin etibarlı müdafiəsinin, dayanıqlığının düzgün təşkil olunmasını yoxlayan Müdafiə naziri şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov dövlət sərhədi istiqamətində üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub. Müdafiə naziri müdafiə xəttinin gücləndirilməsi və bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edildikdən sonra birgə nahar təşkil edilib.
Sonra qoşunların qarşıdurma xəttinə yaxın ərazidə yerləşən kəndlərə gələn Müdafiə Nazirliyinin rəhbərliyi yerli sakinləri ilə görüşüb, onların qayğıları, problemləri və təhlükəsizlik məsələləri ilə maraqlanıb. Kənd sakinləri ordu ilə birlikdə istənilən tapşırığın yerinə yetirilməsinə daim hazır olduqlarını bildirərək hərbi qulluqçuların yüksək nizam-intizamından və dövlət sərhədinin etibarlı müdafiəsindən razılıq ediblər, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO