Ermənilərin ölümlə təhdid etdiyi tarixçi Baş prokurorluğa üz tutdu
Bizi izləyin

Nida Xəbər

Ermənilərin ölümlə təhdid etdiyi tarixçi Baş prokurorluğa üz tutdu

“XX əsrdə millətlərarası erməni terrorizminin tarixi: tarixi-kriminologiya tədqiqatı” kitabının müəllifi, rusiyalı tarixçi Oleq Kuznetsov ermənilər tərəfindən ölümlə hədələnir.

Publika.az
“İnterfask”a istinadən xəbər verir ki, ölüm təhlükəsi ilə üz-üzə qalan Kuznetsov bununla bağlı Rusiya Baş prokurorluğuna müraciət edib.

“Müraciətim bir neçə aydır ünvanıma gələn ölüm təhdidləri ilə bağlıdır”, - deyə tarixçi vurğulayıb.

Onun sözlərinə görə, erməni KİV-də onun ünvanına təhdid dolu materiallar dərc olunub: “Bu ilin aprel-may aylarında ermənilərin rusdilli mediasında “Panduxt” anonim adı altında gizlənən müəllif mənim haqqımda “Erməni cəzasının mələkləri” adlı məqalə yayılıb. Məqalədə mənə divan tutulması ilə bağlı çağırışlar var. Bu məqalə müxtəlif erməni KİV-də dərc olunub”.

Qeyd edək ki, Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı xüsusi fəaliyyəti ilə seçilən O.Kuznetsov Rusiyada ermənilər tərəfindən məhkəməyə də verilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm