Dilqəm Əsgərovun oğlundan ATƏT-in iclasında TƏSİRLİ SÖZLƏR: "Mən də atamı..." - VİDEO
Bizi izləyin

Nida Xəbər

Dilqəm Əsgərovun oğlundan ATƏT-in iclasında TƏSİRLİ SÖZLƏR: "Mən də atamı..." - VİDEO

Erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçirilən toplantısında çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, atasının Kəlbəcərdə öz anasının qəbrini ziyarət edərkən ermənilər tərəfindən oğurlandığını bildirib.

Kürdoğlu Əsgərov əlavə edib ki, hazırda atasının vəziyyəti ağırdır:

“Atam oğurlanarkən çəkisi 95 kiloqram idi. Hazırda isə 45 kiloqrama qədər arıqlayıb. Ailəmiz çox pis vəziyyətdədir. Atamın səhhətində ciddi problemlər yaranıb. Ürəyində, belində və başında şiddətli ağrılar var. Sizin hamınızın övladlarınız var və axşam saatlarında siz onlarla vaxt keçirirsiz. Mən də atamı görmək, onunla söhbət etmək istəyirəm. İstəyirəm ki, ad günümü atamla birgə qeyd edim. Burada çox böyük diplomatlar və səfirlər əyləşib. Sizdən xahiş edirəm ki, atamın azadlığa çıxmasına çalışasız. Mənim atamın heç bir günahı yoxdur. Günahsız insanların girovluqda saxlanılmasının özü bir cinayətdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm