İlham Əliyev Donald Trampla görüşdü - FOTO
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev Donald Trampla görüşdü - FOTO

Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.

Publika.az bildirir ki, prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədəki hesabında görüşdən foto paylaşıb.

Fotodan göründüyü kimi, prezidentlərin görüşündə birinci xanımlar da iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 17-də prezident İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaBMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfərə gediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm