Nida Xəbər
“Ərazilər üçün buna hazırlıq gedir” - Erməni şərhçi GİZLİ DETALLARI AÇDI
“Ermənistan xarici işlər nazirinin Qarabağ ətrafı
ərazilərin qaytarılması ilə bağlı dedikləri əslində danışıqlar
masasında müzakirə olunanları gizlətmək cəhdidir”.
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi
Romella Mnasakyan deyib.
Qeyd edək ki, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan danışıqlarda
Qarabağ ətrafı rayonların qaytarılması məsələsinin müzakirə
edildiyini bildirərək, “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə
təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaradır. Lakin
təfərrüatları açıqlasam, o zaman, danışıqlar dayanar”, deyə qeyd
edib.
R. Mnasakyan iddia edir ki, Nalbandyanın dedikləri erməniləri
sakitləşdirməyə hesablanmış sözlərdir.
“Əslində isə Ermənistan məğlub olub, hakimiyyət məğlubiyyəti
gizlətmək üçün primitiv fikirləri cəmiyyətə sırıyır. Ermənistan
üçün hər şey kədərlə başa çatacaq. İndiyə qədər hakimiyyət heç bir
ərazinin qaytarılmayacağını deyirdi. Amma “aprel müharibəsi”ndə
Azərbaycan ərazilərin bir qismini azad etdi. Sonra hakimiyyət bizi
aldatmağa başladı ki, heç nə itirmirik, həmin ərazilərin heç bir
əhəmiyyəti yoxdur. Halbuki, bu başlanğıc oldu və görünür, yeni
ərazilərin qaytarılmasına hazırlıq gedir”, - deyə o bildirib.
Asif
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO