Nida Xəbər
Prezidentdən dünyaya ədalət dərsi və BMT-yə MESAJI - Hikmət Babaoğlu ŞƏRH EDİR
“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci
sessiyasının açılışında etdiyi çıxış həm Azərbaycan həqiqətlərinin
nüfuzlu beynəlxalq aktorlara çatdırılması, həm də despotik erməni
rejiminin yalanlarının ifşa edilməsi ilə səciyyəvi
oldu”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsinin üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
“Prezidentin təklifi BMT üçün olduqca
aktualdır”
Onun sözlərinə görə, Prezident İlham Əliyev ilk növbədə orta əsr
təfəkkürü ilə yaşayan despotik və korrupsiyaya uğramış hərbi xunta
rejiminin hələ də Azərbaycan torpaqlarını işğal altında saxladığını
diqqətə çatdıraraq, bunun yolverilməz olduğunu bildirdi: “Bu
işğalda azərbaycanlılara qarşı soyqırımı törədənlərdən birinin elə
Ermənistan prezidenti olduğunu söyləyərək, bu vaxta qədər problemin
həll edilmədiyinin səbəbi kimi dünyada mövcud olan ikili
standartları göstərdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan Prezident
İlham Əliyevin artıq belə məsələlərin öz həllini tapması üçün
BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını
bildirdi. Bu təklif hazırda islahatların aparılmasının zəruri
olduğu bildirilən ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin
yenidən təşkilatlanaraq, daha effektiv fəaliyyət göstərməsi
baxımından olduqca aktual idi. Çünki beynəlxalq münasibətlərin
hazırkı mürəkkəb mərhələsində BMT üzvü olan çoxsaylı dövlətlərin
ərazi bütövlüyü pozulur, beynəlxalq hüququn tələbləri yerinə
gətirilmir, BMT tərəfindən tanınmış sərhədlər siyasi xəritədən
silinir. BMT isə bunların qarşısını almaq üçün müvafiq struktura
malik deyil. Belə olan halda isə dünyanı xaos bürüyür, etnik
separatçılıq baş alıb gedir, milli dövlətlər dağılır ki, bu da
beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd
etmir”.
“Bu cəsarətli fikirlər Ermənistana və havadarlarına mesaj
idi”
H.Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev məhz bu kontekstdə
bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini
diqqətə çatdıraraq, hazırkı mərhələdə Ermənistana beynəlxalq
sanksiyaların tətbiq edilməsinin vacib olduğunu bildirdi.
“Eyni zamanda qeyd etdi ki, BMT üzvü olan ölkələr işğalçı
Ermənistanla münasibətlərə məhdudiyyətlər qoymalıdırlar. Bu
fikirlər təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması
baxımından deyil, həm də istər postsovet məkanında, istərsə də
Yaxın Şərqdə bənzər problemlərin həlli yollarının tapılması
baxımından olduqca rasional və düzgün fikirlər idi. Əgər BMT
doğurdan da öz nizamnamə tələblərinin və beynəlxalq hüququn yerinə
gətirilməsini istəyirsə, mümkün islahatlar prosesində mütləq
bunları nəzərə almalıdır. Prezident İlham Əliyev işğalçı
Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, aprel
döyüşləri təkrarlana bilər. Ona görə də beynəlxalq birlik
Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymalıdır.
Yüksək tribunadan səsləndirlən bu cəsarətli fikir əslində
Ermənistanla bərabər, həm də onun işğalçılıq siyasətinə bu və ya
digər səviyyədə dəstək verən ölkələrə ünvanlanmış mesaj idi”, -
deyə o vurğulayıb.
“Prezidentin bu çıxışı Azərbaycanın ən yaxşı təqdimatı
idi”
Prezident İlham Əliyevin Azərbaycanın inkişaf edən, hüquqi
demokratik dövlət olması haqda fikirlərini şərh edən H.Babaoğlu
bildirib ki, ölkəmizdə ksenofobiya, etnik və dini ayrı-seçkilik
yoxdur: “Azərbaycan çox böyük regional və beynəlxalq layihələr
həyata keçirir. Bu layihələr ətrafında olduqca geniş əməkdaşlıq
platforması yaranıb. Ölkəmiz beynəlxalq dialoq və tərəfdaşlıq
məkanına çevrilib. Azərbaycanın beynəlxalq nüfuzu daima artır.
Həyata keçirilən bu siyasət sayəsində regionumuzda sabitlik hökm
sürür. Ona görə də Ermənistan Azərbaycan Dağlıq Qarabağ problemi
beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri
əsasında həll edilməlidir. Prezident İlham Əliyevin BMT Baş
Asambleyasındakı çıxışı ən aktual beynəlxalq və regional
problemlərin həlli ilə bağlı irəli sürülən rasional təkliflərlə
yadda qalmaqla, həm də Azərbaycanın mühüm və nüfuzlu tədbirdə ən
yaxşı təqdimatı kimi səciyyəvi oldu”.
Asif
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ