• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

XİN başçısının həmsədrlərlə görüşü başa çatdı (YENİLƏNDİ)

XİN başçısının həmsədrlərlə görüşü başa çatdı (YENİLƏNDİ)

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, görüş təxminən saat yarım davam edib.

Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.

Qeyd edək ki, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.

***

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR