Nida Xəbər
SON DƏQİQƏ: Kərkükdə döyüş başlayır, türkman şəhəri İŞĞAL EDİLİR - ÖZƏL
Şimali İraq Kürd Muxtariyyətinin bu gün keçirilən
referendumuna türkmanların tarixi torpağı olan Kərkük də daxil
edilib.
Publika.az xəbər verir ki, türkmanlar buna etiraz olaraq
referendumu boykot edib. Lakin son məlumatlar şəhərdə hər an
qarşıdurmanın başlaya biləcəyini göstərir.
Məlumata görə, 1700 PKK terrorçusu Kərkükdə qərarlaşıb. Güman ki,
onlar çıxa biləcək qarşıdurmada əsas rolu üzərlərinə götürəcəklər.
Şəhərdə təhlükəsizliyi isə Bərzaniyə bağlı peşmərgə qüvvələri təmin
edir.
Kərkük mənbələrinin məlumatına görə, şəhərdə qarşıdurma peşmərgə
qüvvələri ilə İrana bağlı şiə qrup Haşdi Şabi arasında çıxa bilər.
Əgər bu baş verərsə, silahlı toqquşmalar başlanacaq.
Bu arada, İranın Yaxın Şərqdəki əməliyyatlarına rəhbərlik edən
məşhur general Qasım Süleymaninin də Kərkükə gəldiyi deyilir.
Qeyd edək ki, şəhərdə türkman cəbhəsi tərəfdarlarına atəş açılandan
sonra küçəyə çıxmaq qadağan edilib.
İraq Türkman Cəbhəsinin baş ofisinin önündə üzü bağlı silahlı qrup
mühafizəni təşkil edib.
Kərkükdə yaşayan siyasi yazar Özdemir Hürmüzlü
Publika.az-a açıqlamasında şəhərdəki son vəziyyət haqda
məlumat verib.
Türkmanların referendumu kompakt şəkildə boykot etdiyini deyən
Ö.Hürmüzlü qeyd edib ki, türkman bölgələrindəki seçki mərkəzlərində
bir insan belə yoxdur: “Hər şey boşdur. Biz nəticələri
tanımayacağıq. Təhlükəsizlik məsələlərinə gəlincə, hazırda ciddi
bir qarşıdurma yoxdur, sakitlikdir”.
Onun fikrincə, Kərkükdə istənilən qarşıdurma kürdlərin
əleyhinədir.
“Buna görə də ciddi qarşıdurmanın olacağını düşünmürəm. Onsuz da
Kərkükdə hər şey – valilik, vilayət mərkəzi kürdlərin əlindədir”, -
deyə o vurğulayıb.
Ö.Hürmüzlü Kərkükün kürdlər tərəfindən tamamilə işğal edildiyini
bildirib: “On il öncə Kərkük işğal edilmiş vəziyyətdə idi. 2014-cü
ildən indiyə kimi isə kürdlər tamamilə hər şeyi əllərinə aldı. Türk
dünyası, xüsusilə siyasi iqtidarlar bizi yalnız buraxdı”.
Asif
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO