Nida Xəbər
Azərbaycanda insan şəxsiyyətini müəyyənləşdirəcək yeni sistem yaradılır
“Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi hazırlanıb.
Layihə Milli Məclisin 2017-ci il payız sessiyasında qanunvericilik işlər planına daxil edilib. Layihəyə əsasən, Azərbaycanda vətəndaşın daktiloskopik (əl-barmaq izləri) və genom məlumatlarının alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, o cümlədən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı kapilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar, DNK ilə bağlı məlumatlar, bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi mexanizmləri təsbit olunur.
Sənəddə dövlət daktiloskopik və genom qeydiyyatı Konstitusiyada təsbit edilmiş vətəndaş hüquq və azadlılarına riayət edilməklə məxfilik, könüllülük və məcburilik uzlaşması prinsipləri nəzərə alınmaqla həyata keçirilməsi göstərilir. Qanun layihəsində qeyd olunan qeydiyyat məlumatları ilə itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan vətəndaşların şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin qarşısının alınması, açılması və inzibati xətaların qarşısının alınması, aşkarlanması əks olunur. (apa)
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!