Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir - Müharibəyə HAZIRLIQ?
Bizi izləyin

Nida Xəbər

Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir - Müharibəyə HAZIRLIQ?

Danışıqlar masasında sıxışdırılan Ermənistan sülhü pozmaq üçün yeni təxribat hücumu edə bilər.

Publika.az
xəbər verir ki, bu təhlükə Ermənistanın “lragir” saytında yayımlanan məqalədə açıq şəkildə öz əksini tapır.

Saytın siyasi şərhçisi Aykazn Qaqriyan məqaləsində yazır ki, “Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir”. Söhbət erməni hərbi birləşmələrinin keçirdiyi sonuncu hərbi təlimdə “Smerç” (Qasırğa) raketlərinin atəş açmasından gedir.

Məlumata görə, təlimdə “Smerç” raketləri qiyabi hədəfə atəş açıb.

Qaqriyan etiraf edir ki, Ermənistan danışıqlarda irəli sürdüyü ilkin şərtlərdən geri çəkilir. Bu şərtlər təmas xəttində atəşkəsə nəzarət mexanizmlərinin yerləşdirilməsi və Qarabağın statusunun əsas prioritet olmasıdır.

Ermənistan XİN rəhbərinin ərazilərin qaytarılması ilə bağlı açıqlaması da danışıqlar masasında İrəvanın sıxışdırıldığını və ilkin şərtlərindən əl çəkdiyini göstərir. Lakin bütün bunlar danışıqların yalnız görünən tərəfidir.

Qaqriyan isə yazır ki, vəziyyət çətinləşib, lakin təkcə Qarabağ ətrafında yox, daha geniş kontekstdə.

“Ermənistan döyüşə hazırlaşır və uzaqvuran silahları hazır vəziyyətə gətirir”, - deyə erməni müəllif qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm