İstanbulda kriminal qruplar arasında ATIŞMA: azərbaycanlı yaralandı - VİDEO
Bizi izləyin

Nida Xəbər

İstanbulda kriminal qruplar arasında ATIŞMA: azərbaycanlı yaralandı - VİDEO

İstanbulda silahlı qruplar arasında atışma baş verib.

Publika.az
Türkiyə mediasına istinadən xəbər verir ki, atışmada iştirak edənlərdən biri də Ariqməmmədov soyadlı Azərbaycan vətəndaşıdır.

Məlumata görə, sentyabrın 23-də Orxan Aşıkgöz adlı Türkiyə vətəndaşı və azərbaycanlı olan Ariqməmmədov axşam saatlarında İstanbulun Sultanqazi rayonunda avtoparkda əyləşiblər. İki ağ rəngli avtomobillə avtoparka gələn şəxslər atəş açmağa başlayıb. Açıkgöz və Ariqməmmədov da onlara cavab verib. 8 cinayəti olan Açıkgöz həyatını itirib, Ariqməmmədov isə ayağından yaralanıb.

İstanbul polisinin araşdırmasında məlum olub ki, hadisə narkotik satan iki kriminal dəstə arasında baş verib. Hücum edən şəxslərin Silivri Büyüksinekli kəndində bağ evində gizləndiyi ortaya çıxıb. Xüsusi təyinatlı polis qüvvələrinin iştirakı ilə hücum edən şəxslər tutulub.

Tutulanlar 8 cinayəti olan 35 yaşlı Vahap Polat, 8 cinayəti olan 35 yaşlı Agit Kavak, 9 cinayəti olan 23 yaşlı Mahsun Kavak və 3 cinayəti olan 24 yaşlı Yasin Gençdir. Əməliyyat zamanı polisə atəş açan Agir Kavak qıçından vurulduqdan sonra tutulub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm