Nida Xəbər
Ombudsman Ərdoğanla görüşdü
Azərbaycan ombudsmanı Elmira Süleymanova Türkiyə ombudsmanı tərəfindən İstanbul şəhərində təşkil olunmuş Beynəlxalq Ombudsmanlar Konfransında, həmçinin üzvü olduğu İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının Baş Məclisinin iclasında iştirak edib.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, Asiya, Afrika, Yaxın Şərq və Avropa ölkələrinin ombudsmanlarının iştirak etdiyi tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.
Açılış nitqindən sonra Azərbaycan ombudsmanı Türkiyə Prezidenti ilə görüşüb.
Müvəkkil beynəlxalq tədbirin birinci sessiyasında çıxış edərək Azərbaycan ombudsman İnstitutunun fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib, insan hüquqlarının səmərəli müdafiəsi sahəsində müsbət təcrübələri haqqında danışıb.
Ombudsman Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşdüyünü, onların kütləvi şəkildə hüquqlarının pozulduğunu, dinc əhalinin Ermənistan hərbi qüvvələri tərəfindən müntəzəm şəkildə silahlı hücumlara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
-
Avto07:15
Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək
-
İdman06:46
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi
-
Magazin28 Noyabr 21:12
Cennifer Lopez Şahzadə Diana kimi geyindi - FOTOLAR
-
Sosial8 Noyabr 21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO