Nida Xəbər
Azərbaycan deputat heyəti Andorraya gedir

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-də Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər edəcək.
Publika.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə millət vəkilləri Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva və Tahir Mirkişili daxildir.
Tədbirdə “ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər” mövzusunda müzakirələr aparılacaq. Toplantı iştirakçıları kibertəhlükəsizlik, iqlim dəyişikliyinin yaratdığı problemlər, habelə sabitliyin və inkişafın təminatı baxımından təhsilin təşviqi barədə fikirlərini bölüşəcəklər.
Parlament nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində keçiriləcək Aralıq Dənizi Forumuna da qatılacaqlar. Yığıncaqda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələyə baxılacaq.
Milli Məclis sədrinin müavini Bahar Muradova və deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər oktyabrın 7-də başa çatacaq.

-
Maraq dünyası01:41
Alimlər işığı düyünlərə bağladılar
-
Kriminal01:11
Azərbaycanlı qadın müğənni qardaşı tərəfindən ÖLDÜRÜLDÜ - “Həbsdən zəng edib demişdim ki...”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO