Nida Xəbər
Xocavəndsiz 25 il
Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür.
Publika.az xəbər verir ki, sahəsi 145 647
hektar olan Azərbaycanın Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də
erməni işğalçıları tərəfindən zəbt olunub.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv
edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında
yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216
nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki
iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.
Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid
olub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş
Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı
təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"in əldə etdiyi
məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik
vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır,
fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq
Yerevana aparılır və digər ölkələrə satılır.
Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində
diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il
yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun
Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü
olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat
ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində
Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə
əkilən ağaclar da kəsilib.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik