Milli Məclis işlər planının müzakirəsinə başladı
Bizi izləyin

Nida Xəbər

Milli Məclis işlər planının müzakirəsinə başladı

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, işlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə dəyişikliklərin müzakirəsi yer alıb.

Plana İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan layihələrə, daxili qoşunlar haqqında, Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında, Hesablama Palatası haqqında, Kabel şəbəkəsi yayımı haqqında, Kinematoqrafiya haqqında qanun layihələri daxil edilib.

Bundan başqa, işlər planına ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında, Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında, turizm haqqında, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında, reproduktiv sağlamlığın qorunması haqqında, psixoloji yardım haqqında və digər qanun layihələri daxil edilib.

Hazırda müzakirələr gedir, deputatlar təkliflərini irəli sürür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm