“Bizə böyük qardaş lazım deyil” - Siyavuş Novruzov
Bizi izləyin

Nida Xəbər

“Bizə böyük qardaş lazım deyil” - Siyavuş Novruzov

"Təklif edirəm ki, siyasi partiyaların maliyyələşməsi ilə bağlı müzakirələrdə bu zaman boşluq buraxan, maliyyə hesabatı verməyən partiyalar məsələsi də diqqətə alınsın. Biz ötən il bu istiqamətdə verdiyimiz təkliflərin nəzərə alınmasını, hesabat verməyən partiyaların cəzalandırılmasını vacib sayırıq".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında komitə sədri Siyavuş Novruzov səsləndirib.

Deputat son zamanlar bəzi beynəlxalq qurumların qərəzli olaraq Azərbaycana qarşı hücumlar etməsini də pisləyib:

“Biz 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq. Bu günə qədər Azərbaycan öhdəliklərinə əməl edib. Lakin elə ölkələr var ki,10 illərdir ki, beynəlxalq qurumların üzvləridir, lakin öhdəlikləri yerinə yetirmirlər. Üstəlik onlar ya beynəlxalq konvensiyalara qoşulmurlar, ya da birtərəfli şəkildə qoşulurlar. Ancaq bu ölkələrlə bağlı biz hansısa addım görmürük. Lakin bu addımlar Azərbaycan və Türkiyəyə qarşı istiqamətlənib. Bu da Azərbaycan və Türkiyənin müstəqil siyasət aparması ilə bağlıdır. Bizə böyük qardaş lazım deyil. Bərabər müstəvidə əməkdaşlıq etməyə hazırıq. Azərbaycanın müstəqil siyasət aparması bu dairələri, erməni lobbisini və onların Azərbaycandakı himəyadarlarını narahat edir. Bu səbəbdən də ictimaiyyəti çaşdırmaq məqsədilə bəyanatlar, açıqlamalar verirlər. Biz tövsiyələri eşitməyə hər zaman açığıq. Amma bizdən üst qurum yoxdur ki, dediklərinə əməl edək. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunan deputatları da bu məsələlərdə aktiv olmalı, mövqelərini ortaya qoymalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm