
“İmam Hüseynin müsibəti”, “İsa Məsihin çarmıxı” din və qeyri-din adamlarını düşündürməlidir. Xristian cameəsi zəncirlə, göz yaşlarını bu formada ictimailəşdirib balaca uşaqların həyat yaşantısına çevirirmi? ”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında Aşura mərasimlərinə münasibət bildirərkən deyib.
O, mərasimlərin bu cür keçirilməsinə etiraz edib: “Biz hansı
dövrdə bu mərasimləri keçiririk? Aşura mərasiminin əleyhinə olaraq
məktəbi, kitabı və kitabxananı qoymuram. Onlar deyirlər ki,
məsciddə də kitablar yerləşdirmək olar. Məsciddən, camidən dövlət
idarə olunmaz. Biz bir neçə gün öncə Suriyada dağıntıların altından
tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Valideynləri
cənnət axtarışı ilə onları xarabazarlıqda qoyublar. Aşura
mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan
uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən
kamikadzelər yetişəcək. Mərasimlərin bu formasına etiraz edirəm.
Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla
bunun qarşısını almaq olar. Bunu insanlara başa salmaq
lazımdır”.
Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca cavab olaraq bildirib ki,
Azərbaycanda dövlət məsciddən idarə edilmir, din dövlətdən
ayrıdır.
Gülxar