Nida Xəbər
“Övladlarımızı zərərli təsirlərdən qorumalıyıq” - Sevinc Əzimbəyli

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “İslam-Həmrəyliyi Azərbaycan” nümunəsi adlı növbəti tədbirini Bakıda keçirib.
Publika.az xəbər verir ki, tədbirin əhəmiyyəti haqqında geniş danışan təşkilatın sədri Sevinc Əzimbəylinin sözlərinə görə, Azərbaycan Prezdenti İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam-Həmrəyli ili” elan olunması hər bir inanclı ölkə vətəndaşının sevincinə səbəb olub: “İslam tarixində Həzrəti Huseynin şəhadəti münasibətilə ölkəmizdə keçirilən Aşura mərasimləri birlik və bərabərliyimizin, eləcə də sevgili Peyğəmbərimiz, onun Əhli-Beytinə xalqımızın tükənməz sevgisinin təzahürüdür.
Şəhidlik və onun mahiyyəti barədə bir çox insanlarımızda doğru olmayan fikirlər var və yanlışlıq bəzən özünü açıq şəkildə göstərir. Lakin bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ərsəyə gələn “Şəhadət” adlı sənədli filmdə şəhidlik məqamının ucalığı ilə yanaşı, radikal “dindarların” ifşası fərqli nümunələri özündə ehtiva edir. Filmin bugünkü günümüzlə səsləşməsi ilə yanaşı, həm də çox maarifləndirici əhəmiyyəti var. Bu anlamda hesab edirəm ki, ölkənin ziyalı xanımlarının ölkədə birlik və bərabərliyimizin mühafizəsi yolunda xidməti daha çox təsiredici qüvvəyə malikdir. Milli mənafelərimizə, dövlətin prinsiplərinə xələl gətirəcək yad düşüncələrdən və zərərli təsirlərdən övladlarımızı qorumaq hər birimizin şərəf işi olmalıdır”.
Tədbirin sonunda Kərbəla və Qarabağ şəhidlərinin mübarək ruhlarına ehsan verilib.



-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR