Milli Məclisdə bir sıra layihələr qəbul edildi
Bizi izləyin

Nida Xəbər

Milli Məclisdə bir sıra layihələr qəbul edildi

Milli Məclisin bugünkü iclasında bir sıra layihələr müzakirə edilərək qəbul edilib.

Publika.az xəbər verir ki, Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisi qərarının layihəsi barədə millət vəkili Ziyad Səmədzadə çıxış edib. Layihə qəbul edilib.

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə danışan Səməd Seyidov iki ölkə arasında terror qarşı müzakirə, iqtisadi əlaqələr barədə tərəfdaşlığından danışıb.

"Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə danışan Ziyafət Əsgərov bu sənədin hər iki ölkə üçün əhəmiyyətinə toxunub:

“Çirkli pullar, terrora qarşı mübarizə sahəsində iki ölkə arasında müzakirələr aparılıb. Layihə milli maraqlarımıza uyğun olduğuna görə qəbul edilməsini istərdim”.

Millət vəkili Tahir Kərimli layihənin 5-ci maddəsində iki ölkə arasında ingilis dilində danışıqların aparılmasına etiraz edib. “Hesab edirəm ki, müzakirə Azərbaycan fars dilində aparılmalıdır. 6-cı maddə məlumatın verilməsindən imtina edilməsi məsələsinin müzakirəyə ehtiyacı var”.

Ziyafət Əsgərov deputatın etiraz etdiyi məqamlara münasibət bildirib:

“Bu qəbildən çoxlu sazişlər dəfələrlə imzalanıb. Hər dəfə də üçüncü dil kimi beynəlxlalq dil seçilir. İngilis dilinin seçilməsinin səbəbi bəzi ifadələrin Azərbaycan fars dilində anlaşmasında yarana biləcək çətinliklə bağlıdır. İngilis dili beynəlxlaq dildir, məhz bu səbəbdən də bu dil seçilib.6-cı maddəyə gəldikdə isə, orada qeyd edilib ki, tərəflər dövlətlərin suverənlik, milli maraqlara uyğun olduğu halda məlumatın verilməsində imtina edə bilər. Hesab edirəm ki,bu məsələdən narahat olmağa dəyməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm