Nida Xəbər
Ermənilər Gürcüstanda HƏRƏKƏTƏ KEÇDİ: parçalama PLANI - VİDEO

Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində
qarşıdurma baş verib.
Publika.az xəbər verir ki, Cavaxetiyanın Kumurdo kəndində
ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq
istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi
isə buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb.
“Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin
mərhələsidir”, - deyə “kavkazplus” saytı yazır.
Saytın məlumatına görə, Kumurdo kəndində 1830-ci ilə qədər heç bir
erməni yaşamayıb: “Əslində bölgədə erməni təxribatı çoxdan
hazırlanırdı. Hələ 2015-ci ilin yayında 180 erməni Gürcüstanın
mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü
kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı
Axalkalaki bələdiyyəsinin sədri Eduard Aqasaryana, Gürcüstan
parlamentinin deputatı Samvel Petrosyana və erməni apostol
kilsəsinin keşişi Babkenu Salbiyana şikayət edib. Şikayət
məktubunda gürcü kilsəsində aparılan arxeoloji qazıntılarda “erməni
sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə
qaytarılması tələb olunur. Halbuki, orada ermənilərə aid heç bir
sümük tapılmayıb. Kumurdoda baş verənlər ermənilərin başqalarının
torpağında kilsələr tikərək, onu necə mənimsədiyini bir daha sübut
edir”.
Sayt əlavə edir ki, Kumurdoda baş verən təxribata erməni
ekstremistlər uzun müddətdir hazırlaşıb.
“Ermənistanın Cavaxetiyanın ermənilərə aid olması haqda separatçı
fikirlər səsləndirən Serqey Minasyanı Tiflisə səfir göndərmək
istəyi də buna hesablanmışdı. Lakin Gürcüstan hökuməti bu təyinata
qarşı çıxdı. Bununla belə, erməni ekstremistlər Kumurdoda təxribatı
təşkil etdilər. Maraqlıdır ki, bu təxribat həmin bölgədən keçən
strateji əhəmiyyətli Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə
salınması ərəfəsində baş verir. Hədəf aydındır: dəmiryolunun
keçdiyi regionda stabilliyi pozmaq. Lakin daha bir hədəf gürcü
Pravoslav Kilsəsinə zərbə endirməkdir. Məsələ ondadır ki, ermənilər
rəsmi olaraq 442 gürcü məbədinə iddia edir. Qeyri-rəsmi rəqəmlər
isə 650-dir. Bu təxribatın törədilməsi aydınlaşdırmaq o qədər də
çətin deyil. Belə ki, əgər təxribat baş tutsaydı və gürcü kilsəsi
ermənilərə verilsəydi, bu 442 gürcü məbədinin də onlar tərəfindən
mənimsənilməsi demək idi. Lakin təxribatın qarşısı vaxtında
alındı”, - deyə sayt yazır.
Asif

-
Avropa02:19
İspaniyada AES-lərin fəaliyyəti dayandırıldı
-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi