“Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına qoşulacaq
Bizi izləyin

Nida Xəbər

“Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına qoşulacaq

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin sayı artıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi üzrə “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm