Nida Xəbər
Moskva Sərkisyanın qarşısına İKİ SEÇİM QOYDU: ya “Lavrov planı”, ya da... - İRƏVANDAN ETİRAF
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti
səfərə hazırlaşır. Səfərin əsas məqsədi prezidentlərin görüşünün
razılaşdırılmasıdır. Ekspertlər güman edir ki, həmsədrlər buna nail
olacaqlar. Maraqlıdır ki, prezidentlərin görüşünün təşkili haqda
söz-söhbətin gəzdiyi vaxt Rusiya mediası “Lavrov planını” yenidən
gündəmə gətirir. Ermənistan mediası isə yazır ki, prezidentlərin
görüşündə Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını, daha sonra
yekun statusun müzakirəyə çıxarılmasını nəzərdə tutan “Lavrov
planı” razılaşdırılacaq. Əks təqdirdə müharibə qaçılmazdır və yeni
toqquşma istəməyən Rusiya İrəvanı buna məcbur edəcək.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Aram
Amatuni bu plana razı olmayacağı təqdirdə Sarkisyanın Rusiya
tərəfindən devrilə biləcəyini yazıb.
Onun sözlərinə görə, görüş ərəfəsində Sarkisyana Rusiyadan
psixoloji təzyiqlər artır: “Məsələ ondadır ki, prezidentlərin
görüşü danışıqlar prosesində yeni mərhələ ola bilər. Ən azından
danışıqların daha aktiv davamı başlanacaq. ABŞ və Fransa
həmsədrləri qabağa düşərək, prezidentlərin görüşünü təşkil etməyə
çalışır. Lakin onların təşkil edəcəyi danışıqlar sadəcə olaraq
yamsılama olacaq və əsas məqsəd yeni toqquşmaların qarşısını
almaqdır. Bakı bunu yaxşı anlayır və imitasiya danışıqları ona sərf
etmir. Digər tərəfdən, regionda sabitlik Rusiyanın marağında olsa
da, Moskva təşəbbüsü əldən vermək istəmir. Buna görə də
prezidentlərin görüşünü təşkil etmək və müəyyən ciddi irəliləyişə
nail olmaq üçün Ermənistana təzyiq edir”.
A.Amatuni qeyd edir ki, Ermənistan hazırda kifayət qədər gərgin
mərhələyə daxil olur.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...