Amerikalı həmsədr Qarabağda separatçıların lideri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Amerikalı həmsədr Qarabağda separatçıların lideri ilə görüşdü

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endrü Şofer Dağlıq Qarabağa səfər edib.

Publika.az erməni KİV-inə istinadən xəbər verir ki, həmsədr Xankəndidə Dağlıq Qarabağ separatçı rejiminin başçısı Bako Saakyanla görüşüb.

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da İrəvanda, oktyabrın 7-də isə Bakıda rəsmi görüşlər keçirəcəklər. Səfərin gedişatında vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan qarşıdakı görüşün gündəliyini müzakirə edəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm