
Sentyabrın 17-də Ermənistana səfər edən ABŞ Konqresinin
Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərdən imtina
ediblər.
Publika.az xəbər verir ki, bu faktı “aysor” qəzeti indi
gündəmə gətirib.
Qəzetin məlumatına görə, nümayəndə heyətinin tərkibində
konqresmenlər Frenk Palloun, Cek Spir, Anna Eşu, Tulsi Qeberd, Cim
Sensenbrener və Devid Valadao təmsil olunublar. Konqresmenlərdən
yalnız ikisi – Frenk Palloun və Tulsi Qeberd işğal olunmuş
Azərbaycan torpaqlarına gedib. Digərləri isə bundan imtina
edib.
Hətta Ermənistan mediası iddia edir ki, konqresmenlərdən Cek Spir
və Anna Eşu erməni kökünə malikdir. Buna baxmayaraq, onlar da
Qarabağa getməkdən boyun qaçırıblar.
“Qraparak” qəzeti isə yazır ki, Qarabağa getməyən konqresmenlər
torpaqlarımıza səfərdən son anda imtina edib.
“Onların niyə fikirlərini dəyişdiyini müəyyənləşdirmək çətindir”, -
deyə qəzet qeyd edib.
Qeyd edək ki, rəsmi Bakı işğal olunmuş Azərbaycan torpaqlarına
qanunsuz səfər edən şəxsləri “qara siyahıya” daxil edir. Qarabağa
getməkdən imtina edən konqresmenlərin bu qərarına Bakının ata
biləcəyi addımların təsir etdiyi də istisna deyil.
Asif