Nida Xəbər
Qəbələ Rayon Məhkəməsinin yeni binası istifadəyə verildi

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə,ölkədə yeni
məhkəmələr təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim
qaydaları müəyyən edilib, məhkəmə hakimiyyətinin yüksək statusuna
uyğun infrastrukturunun müasirləşdirilməsi üzrə xeyli işlər
görülüb.
Bununla bağlı dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə
həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə 13
məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək
istifadəyə verilib, hazırda isə 8 məhkəmə üçün bina və
komplekslərin intensiv inşası aparılır. Bir çox məhkəmə bina və
komplekslərin açılışlarında dövlətimizin başçısı şəxsən iştirak
edib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 5-də
Qəbələ rayonunda müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə
binasının açılışı olub.
Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin Qəbələ rayonunda
abidəsi ziyarət olunaraq, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət
Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi
Abdullayev, Milli Məclisin deputatı, Parlamentin Regional Məsələlər
Komitəsinin sədr müavini Fəttah Heydərov, bölgənin hakimləri,
ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri,
ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2.900 m2, iki
mərtəbədən və zirzəmi qatından ibarət olan məhkəmə binası, digər
yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati
zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, bu zaman ölkə
Prezidentinin tapşırığına uyğun olaraq "Elektron məhkəmə"
informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur
yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi
və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video
yazılışları aparan "Femida" sistemi və digər avadanlıqlar
quraşdırılıb. Burada konfrans və iclas zalları, arxiv və digər
xidməti otaqlar mövcuddur. Həmçinin, təqsirləndirilən şəxslərin
təhlükəsiz daşınması və saxlanması üçün hər cür şərait
yaradılıb.
BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq
binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait vardır.
Nazir Qəbələ Rayon Məhkəməsinin müasir inzibati binasının
istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara
əlavə töhfə olmaqla məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin
olunmasına, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına
və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini
bildirib.
Qəbələ rayon icra başçısı S.Abdullayev, millət vəkili F.Heydərov və
digər çıxış edənlər regionların hərtərəfli tərəqqisinə, xüsusilə
ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin
inkişafına göstərdiyi xüsusi qayğıya görə ölkə başçısına
minnətdarlıqlarını ifadə ediblər.

-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR
-
Sosial11:36
Əli Əsədov yeni qərarlar imzaladı