Nida Xəbər
“Bakı bizi diz çökdürəcək, Qarabağı...” – Sarkisyan ORDUNU SATDI
Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması
ilə bağlı razılaşmanın parlamentdə müzakirəsi zamanı vitse-spiker
Eduard Şarmanazovun və müdafiə nazirinin müavini Artak Zaxaryanın
etirafları işğalçı dövlətin düşdüyü vəziyyəti açıq şəkildə
göstərdi.
Publika.az xəbər verir ki, Şarmazanov razılaşmanın təsdiqlənməsinin
vacibliyi haqda danışarkən, “Ermənistan tam ölçüdə öz müdafiəsini
təmin etmək vəziyyətində deyil. Biz hansısa hərbi blokda olmalıyıq,
buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik.
Çünki Türkiyəyə qarşı yeganə alternativimiz bu blokdur” deyə
bildirdi.
Zaxaryan da təsdiq etdi ki, “biz öz sərhədlərimizin
toxunulmazlığını təmin etmək gücündə deyilik”.
Müzakirələrdən sonra parlament razılaşmanı ratifikasiya etdi və
Ermənistan mediasının da yazdığı kimi, erməni ordusu faktiki
olaraq, Rusiyanın nəzarətinə keçdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Ermənistan Azərbaycan və Türkiyənin zərbələri altında tez
yıxılacaq”.
Bu barədə parlamentdəki müzakirələrə məqalə həsr etmiş
“armenianreport” saytı yazır.
Sayt qeyd edir ki, Ermənistan hakimiyyəti əhaliyə daim yalan
danışır:
“Serj Sarkisyanın tez-tez “ordumuz hər şeyə qadirdir” frazasını
təkrarlamağı sevir. Biz bu yalana inanırıq, daha doğrusu inanmaq
istəyirik. Buna görə də cüzi maaşımızdan 1000 dram ayırıb, ordu
fonduna ödəyirik. Amma hakimiyyət daha dürüst davranaraq, heç nəyə
qadir olmayan orduya sahib olduğumuzu etiraf etdi. Milli maraqlara
xəyanət göz qabağındadır. Sarkisyan ordunu ruslara satdı”.
Sayt əlavə edir ki, Ermənistan hakimiyyəti hər il büdcədən 500
milyon dolları ordunun xərcləri üçün ayırır və bu pullar məmurların
cibinə gedir.
“Bu xəyanətdir, amma hakimiyyət bunu heç də gizlətməyi lüzum
bilmir. Açıq şəkildə etiraf edirlər ki, Azərbaycan və Türkiyə bizi
diz üstə çökdürəcək. Cırtdan dövlətlərdə belə heç kim bu etirafı
etmir. Amma bizim hakimiyyətimiz Moskvanın qucağında oturmaqdan
başqa heç nə bilmir”, - deyə vurğulanır.
Məqalədə qeyd olunur ki, Ermənistan hakimiyyəti nə Qarabağı, nə də
bütövlükdə ölkəni əlində saxlaya biləcək.
Asif
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan