
ATƏT-in Minsk qrupu həmsədrləri Bakıda
səfərdədir.
Publika.az APA-ya istinadla bildirir ki, səfər
ötən gecə başlayıb. Onların bu gün Azərbaycan prezidenti İlham
Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü
gözlənilir. Axşam saatlarında həmsədrlərin region səfəri başa
çatacaq.
Qeyd edək ki, həmsədrlər ötən gün Ermənistana səfər ediblər. Bir
gün əvvəl isə ATƏT-in Minsk qrupunun amerikalı sədri Endryu Şofer
"Dağlıq Qarabağ"da olub.