Milli Şura mitinqini təxirə saldı - Əli Kərimlinin adından açıqlama yayılıb?
Bizi izləyin

Nida Xəbər

Milli Şura mitinqini təxirə saldı - Əli Kərimlinin adından açıqlama yayılıb?

Saytlarda və sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin adından sabah keçiriləcəyi planlaşdırılan mitinqin təxirə salınacağı ilə bağlı məlumat yayılıb. Big.az saytı bildirir ki, AXCP sədri Əli Kərimlinin feysbuk profilindən yayılan xəbərdə mitinqin təxirə salınma səbəbləri göstərilir. İddia olunur ki, bu barədə "Milli Şuranin 7 oktyabr mitinqinə sən də qoşul" səhifəsində də məlumat gedib.

Bildirilir ki, Əli Kərimli bir neçə gündür hazırlıq görülən, hətta Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqin təxirə salınacağı ilə bağlı rəsmi səhifəsində paylaşım edib. O qeyd edib ki, mitinq müəyyən müddətə təxirə salınır.

Sözügedən paylaşımın skrin versiyası da yayıb. Məsələ ilə bağlı əlavə məlumatlar yayacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm