Milli Şura mitinq keçirtdi - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Milli Şura mitinq keçirtdi - FOTO (YENİLƏNDİ)

Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Publika.az-ın xəbərinə görə, aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli və başqaları çıxış edib.

Aksiyada bu dəfə sentyabrın 23-dəki aksiyadan daha az üzv iştirak etdiyi müşahidə olunub.

Mitinq insidentsiz başa çatıb.

***

Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilir.

Publika.az xəbər verir ki, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.

Mitinq iştirakçılarına Azərbaycan bayrağı ilə yanaşı Avropa İttifaqının bayraqlarının paylanması diqqətdən yayınmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm