“Məhsul”da növbəti şou...
Bizi izləyin

Nida Xəbər

“Məhsul”da növbəti şou...

Milli Şura iki həftəlik fasilədən sonra “Məhsul” stadionunda növbəti mitintqini keçirdi. Əminliklə demək olar ki, paytaxt sakinləri “Məhsul”da daha bir şounu və rüsvayçılığı izlədi.

“O olmasın, bu olsun” filmində maraqlı bir səhnə var. Söhbət Rüstəm bəyin evində təşkil etdiyi qonaqlıqdan gedir. Qonaqlıqda iştirak edənlərdən heç biri Rza bəyə qulaq asmır. Bundan əsəbiləşən Rza bəy üzünü ev sahibinə tutur: “Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə əda etmək qabil dəyildimi?”

Doğrudanmı, Milli Şura rəhbərliyinin – Cəmil Həsənli və Əli Kərimlinin biabır və rüsvay olmaq, özlərini ifşa etmək üçün hər dəfə “Məhsul”a ayaq döymələrinə ehtiyac var? Axı bunun üçün o qədər insanı məşğul etməyə ehtiyac yoxdur.

Bəli, Əli Kərimli və Cəmil Həsənli başqa olmaqla, Milli Şura rəhbərliyi rüsvayçılıq və biabırçılığı növbəti dəfə özlərinə rəva gördülər.

Ötən dəfə olduğu kimi “mitinq-şou” yenə də təyin olunan vaxtdan yarım saat gec başladı. Səbəbini görmək üçün isə saatlarla, günlərlə baş sındırmağa ehtiyac yoxdur. Başlama saatı 15:00 göstərilmişdi. Həmin anda isə tribunanın qarşısında səpələnmiş halda bir neçə yüz adam var idi. Mill Şura rəhbərliyi daha yarım saat gözləyərək meydanın dolmasını istəyirdi. Amma bu “uzaqgörənlik” bəhrə vermədi. Bəlkə də “milli şuraçılar” artıq özlərini stadionlarda deyil, meydançalarda, bəlkə də daha kiçik məkanlarda sınamaq haqda düşünməlidir.

Çünki...

Milli Şurada əsas “sima” sayılan Əli Kərimlinin özü də getdikcə kiçilir, balacalaşır, bəlkə də vaxt gələcək gözə də görünməyəcək. “Məhsul”a hər gəliş onu daha da cılızlaşdırır.

Mitinqdə Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1 200 nəfərədək olan üzvü iştirak edib.

Əli Kərimli, Cəmil Həsənli və digərləri, bu rəqəm hər şeyi deyir. Küçənin ortasında əlbəyaxa olan iki insanı gördükdə, bəzən yüzlərlə insan ora toplaşır. Hakimiyyətə iddia edən bu insanlar günlərdir insanları mitinqə çağırır, lakin bu çağırışa yalnız 1200 insan səs verir. Sentyabrın 23-də keçirilən mitinqə isə 1500 nəfər gəlmişdi.

Əli Kərimli, Cəmil Həsənli və digərləri, siz getdikcə kiçilirsiniz!

Şübhəsiz ki, siyasi çöküşünüzü və siyasi ölümünüzü hiss etdikcə, daha çox çırpınacaqsınız, ancaq bunlar sizə fayda gətirməyəcək.

İŞİD sevdalısı

Milli Şura rəhbərliyinin İŞİD-ə olan sevgisi isə bitib tükənmir.

“7 oktyabr mitinqində Hacı Abgül, Tale Bağırzadə, Elçin Qasımov, Hacı Zülfüqar, Abbas Hüseyn, Mövsüm Səmədov, Ruhulla Axundzadə, Eldəniz Məmmədov, Hacı Sərdar Hacıhəsənli, Səid Dadaşbəyli və digər çoxsaylı dindar məhbuslara, o cümlədən siyasi məhbuslara azadlıq tələb edəcəyik. 7 oktyabr mitinqinə gəlin!” – Əli Kərimlinin portreti ilə bəzədilmiş təbliğat plakatında bildirilirdi.

Əli Kərimlinin mitinqə çağırış müraciətinə yazdığı dindarların bir qismi qatı şiə radikallarıdır. Tale Bağırzadə, Ruhulla Axundzadə, Hacı Zülfüqar və digərləri bu sıraya aiddirlər. Konkret cinayətlərə görə məsuliyyətə cəlb olunan bu şəxslərin “siyasi məhbus” adlandırılması gülünc görünür. Amma burada başqa bir məsələ var.

Əli Kərimli Eldəniz Məmmədovun adını ora əlavə etməklə özünü möhkəm “yandırıb”. Məsələ bundadır ki, E. Məmmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin məlum olub ki, o, sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstaqram səhifəsinin sahibidir.“Əbu Cihad”ın İnstaqram səhifəsindəki fotoları da onun İŞİD sıralarında döyüşdüyünü əks etdirir. Özünü “normal” və “sivil siyasətçi” kimi qələmə verən şəxsin İŞİD terrorçusunu mitinqə çağırış müraciətində “siyasi məhbus” kimi təqdim etməsinin xalq və dövlətçilik üçün nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur.

Xatırlamaq lazımdır ki, “Milli Şura”nın 2016-cı ilin sentyabrında keçirilən mitinqində İŞİD bayrağı qaldırılmışdı. Və senytabrın 23-də keçirilən mitinqdən sonra “sevincimizi” gizlətməmişdik. Qeyd etmişdik ki, hər halda, İŞİD bayrağının qaldırılmasındansa Avropa İttifaqının bayrağının mitinqdə dalğalanması toya getməlidir.

Amma üstündən iki həftə keçmiş Əli Kərimli İŞİD tərəfdarı olan bir şəxsə azadlıq tələb edir.

Əli Kərimli, siyasi çöküşünüzü və siyasi ölümünüzü hiss etmək üçün növbəti dəfə “Məhsul”a gəlməyə ehtiyac varmı? Məsləhətdir ki, gələsiniz və "böyük" olmaq iddianızın çürük olduğunu görəsiniz və bu iddiadan əl çəkəsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm