Nida Xəbər
Ermənilər iriçaplı pulemyotlardan ordumuzu atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Publika.az Müdafiə Nazirliyinin saytına istinadən
xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun
Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində,
Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində
və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli,
Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun
Nəmirli, Şuraabad, Baş Qərvənd, Cəvahirli, Abdinli, Mərzili,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli,
Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz və
Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl,
Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.

-
Maraq dünyası01:41
Alimlər işığı düyünlərə bağladılar
-
Kriminal01:11
Azərbaycanlı qadın müğənni qardaşı tərəfindən ÖLDÜRÜLDÜ - “Həbsdən zəng edib demişdim ki...”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO