• USD 1,7000 0,00% EUR 2,0531 -0,63%
    • GBP 2,3751 +0,01% RUB 0,0229 0,00%

Erməni-rus ordusu Bakıya qarşı... - Felgenhauer

Erməni-rus ordusu Bakıya qarşı... - Felgenhauer

Əslində, Ermənistan-Rusiya vahid ordu qruplaşması 1990-cı illərdən mövcuddur.

Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

“Məncə, bu qruplaşma Azərbaycanın qarşısının alınması üçün də nəzərdə tutula bilər. Belə ki, bu illər ərzində İsrail və Rusiyadan silahlar alan Azərbaycan Ermənistan qarşısında böyük üstünlüyə sahib olub. Bu qruplaşmaya ciddi önəm vermək lazım deyil. Ona görə ki, əvvəl necə idisə, indi də o cür fəaliyyət göstərəcək. Sadəcə, fəaliyyət nisbətən sistematik olacaq”, – deyə o bildirib.

Felgenhauerin fikrincə, vahid ordu qruplaşması fikrinin aktivləşdirilməsinin əsası Rusiya-Türkiyə gərginliyi zamanı qoyulub:

“Rusiya tərəfi qorxur ki, qarşıdurma zamanı Türkiyə tərəfindən Rusiyaya qarşı provokasiyalar ola bilər. Bu qruplaşmanın missiyası bu istiqaməti nəzarətdə tutub, Türkiyənin qarşısını almaqdır”.

Felgenhaur həmçinin Rusiyanın Qarabağ konfliktində balansı qorumaq cəhdlərinin nəticəsiz qaldığını söyləyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR