GUAM xarici işlər nazirləri Gürcüstan prezidenti ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

GUAM xarici işlər nazirləri Gürcüstan prezidenti ilə görüşdü

GUAM ölkələrinin xarici işlər nazirləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüblər.

Gürcüstan prezidenti görüşdə deyib ki, GUAM unikal formatdır və təşkilatın daha da möhkəmləndirilməsi üçün əhəmiyyətli addımlar atmalıdır.

Görüşdə GUAM-ın 20 illiyi və Gürcüstanın təşkilata sədrliyi müzakirə olunub. G.Marqvelaşvili GUAM formatında əməkdaşlığın inkişaf etdirilməsi üçün əsas prioritetlər barədə danışıb. Prezidentin sözlərinə görə, təşkilata üzv ölkələrin üzləşdiyi problemləri həll etmək üçün GUAM vasitəsilə koordinasiya olunmuş addımlar atılmalı və təşkilat beynəlxalq aləmdə daha çox təmsil olunmalıdır.

Görüşdə tərəflər həmçinin regionda təhlükəsizlik, sektorlar üzrə əməkdaşlıq və gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm