Nida Xəbər
Lukaşenko: "Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək istəyir"

"Belarus Azərbaycan ilə hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil".
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə görüşdə deyib.
Prezident Aleksandr Lukaşenko bildirib ki, iki ölkə arasında əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur. “Biz suveren, müstəqil dövlətlərik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə, ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan Prezidenti öz çiynini irəli verib. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”, - deyə Belarus Prezidenti qeyd edib.
Aleksandr Lukaşenko yaxın vaxtlarda Azərbaycan Prezidenti ilə görüşə ümid bəslədiyini bildirib. (azərtac)

-
Kriminal01:11
Azərbaycanlı qadın müğənni qardaşı tərəfindən ÖLDÜRÜLDÜ - “Həbsdən zəng edib demişdim ki...”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
Magazin117 Aprel 19:12
Anasını itirdikdən sonra ilk dəfə efirə çıxdı - VİDEO