Nida Xəbər
“Dərin dövlət”in adamı de-şifrə etdi: Qarabağa səfər edən türklər... – BÖYÜK OYUN

Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq
Qarabağ bölgəsinə səfər edən 4 Türkiyə vətəndaşından biri, HDP-nin
keçmiş millət vəkili Ufuk Urasın FETÖ terror təşkilatının lideri
Fətullah Gülənin adamı olduğu deyilir.
Publika.az xəbər verir ki, Türkiyədə Vətən Partiyasının
lideri, “dərin dövlət”ə bağlı olduğu deyilən Doğu Perinçekin bir
müddət öncə açıqladığı faktlar bu kontekstdə diqqət çəkir.
FETÖ-nün Türkiyə bürokratiyası və siyasətinə sızdığı dövrlərdən
bəhs edən Perinçek deyir ki, 1990-cü illərdə Fətullah Gülən
Türkiyədəki siyasi partiyalara pul yardımı edirdi: “Həmin dövrdə
Azadlıq və İnkişaf Partiyasında olan (ÖDP) Ufuk Uras “Biz
Fətullahın sol təşkilatı olacağıq” dedi”.
Qeyd edək ki, Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət
vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu
və Erol Katırcıoğlu ötən ay Dağlıq Qarabağa qanunsuz səfər ediblər.
Bu şəxslər səfər zamanı qondarma DQR-ə dəstək verib, Azərbaycan və
Türkiyəni tənqid ediblər. Rəsmi Bakı bu şəxslərin adını “qara
siyahıya” salıb və həb olunmasını tələb edir.
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin
(ASİMDER) rəhbəri Göksel Gülbey də Publika.az-a
açıqlamasında Qarabağa qanunsuz səfər edənlərin əslində PKK və FETÖ
layihəsinə xidmət etdiklərini deyib.
“PKK və FETÖ 15 iyul dövlət çevrilişinə cəhd və Şimali İraqda
keçirilən qondarma referendumdan sonra Türkiyə ilə qonşu ölkələrin
arasını pozmağa və gərginlik yaratmağa çalışır. Bu şəxslərin
Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin test edildiyi ərəfəsində
Azərbaycanın işğal edilmiş torpaqlarına qanunsuz səfər etməsi
təsadüfi deyil. Görünür, FETÖ və PKK qardaş Azərbaycanın həssas
nöqtəsinə toxunaraq, Türkiyə ilə münasibətlərin pisləşməsinə və
Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin sıradan çıxmasına cəhd
edir”, - deyə o bildirib.
Belə səfər Türkiyə-Ermənistan sərhədinin açılmasına hesablanıb,
həmçinin, əsas hədəflərdən biri də Azərbaycan torpağının işğal
edildiyi faktını unutmaqdır. FETÖ-nün Qərbdə erməni lobbisi ilə
yaxınlığını nəzərə alsaq, Qarabağa səfər edən türklərin Azərbaycan
torpaqları üzərində oynanılan təhlükəli oyunun bir parça olduğunu
deyə bilərik.
Asif

-
Rəsmi xronika15:59
İlham Əliyev Çinə getdi
-
Sosial15:10
Dəm qazından ölən ailənin görüntüləri - VİDEO
-
Dünya14:18
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası
-
Nida Xəbər 13:48
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Nida Xəbər 13:30
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
Cənubi Qafqaz13:06
Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
-
İdman11:42
Əfsanəvi Lobanovskinin Ronaldonu görməyə gözü yox idi: Səbəbi bəllidir
-
Qoroskop10:44
Detektiv olaraq doğulan 4 bürc: Onlardan sirr saxlamaq mümkün deyil