Prezidentlər Soçidə görüşə bilər: “Lavrov planı”na qarşı “Tillerson planı”
Bizi izləyin

Nida Xəbər

Prezidentlər Soçidə görüşə bilər: “Lavrov planı”na qarşı “Tillerson planı”

Oktyabrın 11-də Soçidə MDB dövlət başçılarının sammiti olacaq.

Publika.az
xəbər verir ki, sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin iştirak edəcəyi də gözlənilir.

İndi əsas gözlənti prezidentlərin Soçidə görüşüb-görüşməməsidir. Çünki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunu ilə bağlı bəyanatda qeyd etdilər ki, prezidentlər danışıqların davamı üçün görüşə hazırdırlar və belə bir görüş üçün hazırlıq aparılır. Həmsədrlər görüşün vaxtı və yeri haqa heç bir məlumat vermədi. Lakin bir müddət öncə prezidentlərin Rusiyanın təşkilatçılığı ilə görüşəcəyinə dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda deyilirdi ki, görüş bu ilin sonuna kimi baş tuta bilər.

Bu baxımdan, prezidentlərin MDB sammitində iştirak edəcəkləri təqdirdə, Rusiyanın təşəbbüsü ilə görüşmə ehtimalı böyükdür.

Görüş olarsa...

Prezidentlər Soçidə Qarabağ masasına əyləşsələr, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqinin sözlərinə inansaq, 5 rayonun qaytarılmasını müzakirə edəcəklər. Söhbət “Lavrov planı”ndan gedir. Ermənistan israrla bu plana qarşı çıxır və son zamanlar erməni mediasının “Tillerson planı” (ABŞ Dövlət katibi Reks Tillerson) kimi təqdim etməyə çalışdığı “atəşkəsə nəzarət mexanizmi”ni ilkin şərt kimi irəli sürür. Bu, işğalın möhkəmlənməsinə səbəb olmaqla yanaşı, Rusiyanın bölgədəki planlarına da ziddir. Bu baxımdan, Rusiyanın təşəbbüsü ilə keçiriləcək hər hansı görüşdə “Tillerson planı” yox, “Lavrov planı” müzakirə ediləcək. Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın “Qarabağ ətrafı ərazilər qaytarılacaq” deməsi də İrəvanda Bakının şərtlərinin qəbul etməsi ehtimalını gücləndirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm