Nida Xəbər
Oğlu Sevil Əliyevanın doğum gününü BELƏ TƏBRİK ETDİ - FOTO
"Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar, Space Televiziyasının qurucusu, mərhum prezident, Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyevanın bu gün 62 yaşı tamam olur.
Publika.az xəbər verir ki, bu münasibətlə Sevil Əliyevanı oğlu Azər Əliyev təbrik edib. O, anasının uşaqlıq fotosunu paylaşaraq "62 yaşın mübarək" sözlərini qeyd edib.
Qeyd edək ki, Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb.1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədidir. S.Əliyeva 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. 1986-cı ildən musiqi sahəsində də fəaliyyətini davam etdirir. Hazırda Londonda yaşayır.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO