PA rəsmisi: “AŞPA-da oturanlar özlərini inkvizisiya məhkəməsinin üzvləri kimi aparır”
Bizi izləyin

Nida Xəbər

PA rəsmisi: “AŞPA-da oturanlar özlərini inkvizisiya məhkəməsinin üzvləri kimi aparır”

“Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”.

Publika.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi “Twitter” səhifəsində yazıb.

N.Məmmədov AŞPA-nın hansısa dairələrin maraqlarına xidmət etdiyi təəssüratının yarandığını qeyd edib.

“Belə təəssürat yaranır ki, AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün çalışır. AŞPA-da oturanların bəziləri özlərini az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm