Yeni energetika naziri kimdir? - DOSYE
Bizi izləyin

Nida Xəbər

Yeni energetika naziri kimdir? - DOSYE

Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə təyin edilib.

Publika.az xəbər verir ki, Pərviz Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri təyin edilib. 2016-cı ildə isə Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir. P.Şahbazovun atası Oqtay Şahbazov prezidentin işlər müdiridir.

Qeyd edək ki, keçmiş energetika naziri Natiq Əliyev bu ilin iyun ayında dünyasını dəyişib. O vaxtdan indiyədək sabiq nazirin vəzifəsini müavinləri icra edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm