XİN: "Azərbaycana qarşı siyasət yürüdən qruplar çirkin niyyətlərinə çata bilməyəcəklər"
Bizi izləyin

Nida Xəbər

XİN: "Azərbaycana qarşı siyasət yürüdən qruplar çirkin niyyətlərinə çata bilməyəcəklər"

"Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasət yürüdən bəlli qruplar ölkəmizi uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər" - o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm