
“İraqda İŞİD-dən azad edilmiş ərazilərdə qalan
azərbaycanlıların ölkəyə gətirilməsi ilə bağlı iş
aparılır”.
Bu barədə Publika.az-a açıqlamasında Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, hazırda İŞİD-dən azad edilmiş ərazilərdə
qalan azərbaycanlıların sayının dəqiqləşdirilməsi istiqamətində
İraq tərəfi ilə iş aparılır.
“Çox təəssüf ki, bəzi vətəndaşlarımız İraqda və Suriyada gedən
hərbi əməliyyatlara qoşularaq, öz övladlarının da həyatını təhlükə
altına atıblar”, - deyə XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində
saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib.
Asif