Nida Xəbər
İşğal edilmiş ərazilərlə bağlı ABŞ-ın müəmmalı razılığı - ÖZƏL XƏBƏR
İraq Şimali İraq Kürd Muxtariyyətinin referendumla özünə
birləşdirdiyi Kərkük sərhədinə 50 minlik ordu yeritdi. Kürd
muxtariyyəti isə şəhərin müdafiəsi üçün Kərkükə əlavə qüvvələr
göndərdi. Hazırda Kərkük ətrafında gərginlik davam
edir.
Kərküklü siyasi yazar Özdemir Hürmüzlü
Publika.az-a açıqlamasında şəhərin mərkəzi İraq
hökumətinin nəzarətinə keçdiyini deyib: “Dünən səhərə yaxın İraq
ordusu Kərkükə doğru hərəkətə keçdi və peşmərgənin əlində olan bəzi
hərbi bazaları yenidən nəzarət altına aldı. Məlumatlara görə, İraq
ordusu heç bir güllə atmadan buna nail oldu. Bu proseslərin neft
quyularının yanında olması diqqət çəkən detaldır. İraq daxili işlər
naziri İŞİD-dən sonra Kərkükün Bağdadın nəzarətinə keçdiyini
açıqladı. Kürd hərbi rəsmisi isə iddia etdi ki, İraq ordusu Kərkük
ətrafındakı peşmərgə bazalarının boşaldılmasını tələb edir. Kərkük
valisi Necmettin Kərim isə “biz İraq gücləri ilə döyüşmək
istəmirik, əksinə dialoqla problemləri həll edə biləcəyimizi
düşünürük” dedi. İraqın hərbi mənbələri mərkəzi Bağdad hökumətinin
neft quyuları və Şimali İraqda neft şirkəti və hərbi bazanı
nəzarətə alacağını açıqladı”.
Ö.Hürmüzlü hesab edir ki, gərginlik yaşansa da, İraq ordusu ilə
peşmərgə arasında müharibənin olması ehtimalı azdır: “Çünki ABŞ
buna imkan vermir. Digər tərəfdən, kürdlər mərkəzi hökumətlə
döyüşsələr, dünya ictimaiyyətinin gözündə separatçı olaraq
görünəcəklər”.
Ö.Hürmüzlü əlavə edib ki, Kərkük ətrafında baş verənlər əslində
neft uğrunda mübarizədən qaynaqlanır.
“Şəhər heç kimin marağında deyil. Belə görünür ki, ABŞ Kərkük
neftinin mərkəzi hökumətin nəzarətində olmasını istəyir. İraq
ordusunun hərəkətə keçməsi də əslində neft quyularının nəzarətə
alınmasına hesablanıb”, - deyə o diqqətə çatdırıb.
Asif
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu