"Qarabağa gedən Türkiyə vətəndaşlarının cəzasız qalması bizi narahat edir"
Bizi izləyin

Nida Xəbər

"Qarabağa gedən Türkiyə vətəndaşlarının cəzasız qalması bizi narahat edir"

“4 xəyanətkar Türkiyə vətəndaşının Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfər etməsi birinci növbədə Azərbaycan sərhədlərinin pozulması və işğalçı rejimə dəstək deməkdir ki, bu da Türkiyə-Azərbaycan münasibətlərinə tamamilə ziddir”.

Bu sözləri Publika.az-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu arzuolunmaz hal beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə də xələl gətirə bilər:

“Şübhəsiz ki, Türkiyə və Azərbaycan arasında bağlanan beynəlxalq müqavilələr Türkiyənin bu məsələdə müvafiq addımlar ataraq, həmin şəxslərə qarşı ciddi tədbirlər görməsinə imkan yaradır. Digər tərəfdən isə Türkiyə vətəndaşı başqa bir ölkənin ərazi sərhədlərini və qanunvericiliyini pozursa, bu beynəlxalq hüquq normalarına da ziddir. Sərhədlərin toxunulmazlığı ilə bağlı mövcud qanunlar pozulub. Buna görə də həmin vətəndaşlar Türkiyə qanunvericiliyinə uyğun olaraq cəzalandırılmalıdırlar. Lakin, gözlənilən tədbirlərin görülməməsi təbii ki, Azərbaycan ictimaiyyətində ciddi narazılıqlar doğuracaq. Çünki Azərbaycanın xarici və daxili siyasətlərində belə Türkiyə məsələləri prioritet təşkil edir. Eyni prioriteti qarşı tərəfdən, qardaş ölkə Türkiyədən də gözləyirik. Ümid edirik ki, Azərbaycana qarşı törədilən qanuna zidd əməllər hüquqi müstəvidə ən ağır və ən sərt şəkildə cəzalandırılmalıdır ki, belə hallar geniş vüsət almasın. Bu bir cinayətdir. Üstündən nə qədər zaman keçirsə keçsin, bu elə cinayət olaraq qalır, mahiyyəti dəyişmir. Hadisənin üstündən müəyyən zamanın keçməsi bu addımı atan şəxslərin islah olmasına və ya əməllərinin konpensasiya olunmasına dəlalət etmir. Bu baxımdan da fikrimcə, Türkiyə tərəfi bu məsələ ilə bağlı çox ciddi addımlar atacaq".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm