Nida Xəbər
Smitin ermənilər üçün çörək dərdi və ya gözüyumulu "Qarabağ dinləmələri"

“ABŞ Konqresinin Helsinki Komissiyasının adında Helsinki olsa da, onun 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Avropa Əməkdaşlıq və Təşkilatçılıq müşavirəsi ilə heç bir əlaqəsi yoxdur”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə ABŞ Helsinki Komissiyasının keçirəcəyi “Qarabağ dinləmələri”ni şərh edərkən deyib:
“Həmin təşkilat ilk dəfə olaraq həm azad dünya, həm də SSRİ ölkələrini bir araya gətirib. ABŞ Konqresindəki Helsinki Komissiyası həmin müşavirəyə istinad etsə də, o müşavirənin ruhu və fəlsəfəsi ilə heç bir əlaqəsi yoxdur. Komissiyanın sədri - ermənipərəst və özünün erməni lobbisinə olan rəğbəti ilə tanınan Kristofer Smit vaxtaşırı Ermənistanın ABŞ-dakı maraqlarına lobbiçilik edir.
K.Smit Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və qondarma erməni soyqırımının tanınmasına çalışan şəxsdir. Sözü gedən 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdır.
Konqresdə keçirilən bu iclasın məqsədisə ABŞ adminstrasiyasından çox ağır vəziyyətdə olan Ermənistan üçün maliyyə vəsaiti qoparmaqdır".
A.Mirzəzadənin sözlərinə görə, bu gün erməni diaspora təşkilatları çox narahatdırlar ki, Donald Tramp və onun komandası Ermənistanla bağlı hər hansı fikir bildirmir:
"Həmçinin, yeni adminstrasiya hakimiyyətə gəldikdən sonra xarici dövlətlərə yardımı xeyli dərəcədə aşağı salıb. Kristofer Smit Dağlıq Qarabağ problemini müzakirə etməklə əslində Ermənistanı zərər çəkən tərəf kimi göstərmək və ABŞ-ın Ermənistana yardımının miqdarını artırmaq istəyir. Bunun hansısa nəticə verməsini anlamaq çətindir. Bu müzakirələrdə Ermənistanın maliyyə problemləri qabardılır və müdafiə edilir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i - suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq və beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun, işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib”.
Zümrüd

-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq