• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

Zakir Həsənov Gürcüstana səfər edəcək

Zakir Həsənov Gürcüstana səfər edəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 16-da Gürcüstana səfər edəcək.

Report xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Zakir Həsənov Gürcüstanın Müdafiə Naziri Levan İzoria və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirəcək.

Bu görüşlərdə regional əməkdaşlıq, regional təhlükəsizlik, iki və üçtərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR